Putin Krımın Rusiyaya birləşdirilməsi üçün sabah Federasiya Şurasına müraciət edəcək
Rusiya prezidenti Vladimir Putin sabah Krımın yeni subyekt kimi Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı Federasiya Şurasına müraciət edəcək. Bu barədə jurnalistlərə Rusiya Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov deyib. Onun sözlərinə görə, müraciətin sabah günorta saatlarında ediləcəyi gözlənilir.
Xatırladaq ki, Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov Krımın Rusiyaya birləşdirilməsi prosesinin bir-iki həftəyə başa çata biləcəyini deyib.
Krımda keçirilən və hüquqi qüvvəsi olmayan referendumun nəticələri isə dünya birliyi tərəfindən tanınmır. Artıq Birləşmiş Ştatlar, Avropa ölkələri, Kanada və Yaponiya referendumun nəticələrini tanımadıqlarını, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan ediblər.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək