Avropa Birliyindən Ukraynaya 1 milyard avro yardım
Avropa Birliyi Şurası Ukraynaya 1 milyard avro ayırmaq niyyətindədir. APA TV xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Ukraynaya yardım paketinin Avropa komissiyası tərəfindən martın 5-də irəli sürülən proqram bu yaxınlarda Avropa Birliyi Nazirlər Şurası tərəfindən təsdiqlənəcək. Bu proqram Ukraynanın qarşılaşdığı vacib problemlər fonunda bu ölkəyə iqtisadi və maliyyə sahələrində yardımı nəzərdə tutur.
Məlumatda o da qeyd edilir ki, 1 milyard avroluq yeni proqramla paralel olaraq, 2010-cu ildə 610 milyon avronun ayrılmasını nəzərdə tutan, lakin hələ yerinə yetirilməyən proqram da reallaşdırılacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək