Nüvə Təhlükəsizliyi Sammitində prezidentlərin görüşü planlaşdırılır
Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. APA TV-nin xəbərinə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz "Twitter" səhifəsində yazıb.
Diplomat bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüşün 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir.
Qeyd edək ki, III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir.
Azərbaycan prezidenti sammitə dəvət edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək