Yasamalda 6-cı sinif şagirdi özünü asaraq intihar edib
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, 286 nömrəli məktəbin 6-cı sinif şagirdi İlham Cəfərov özünü qonşuluqda yeni tikilməkdə olan binada boş mənzillərin birində asaraq intihar edib. Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Meyit ekspertiza üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə gətirilib. Ekspertizadan sonra İlham Cəfərovun meyit ailəsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi Tərəfindən Cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək