Ukrayna Krımdakı hərbi bazaları yarımadadan çıxarmaq barədə qərar qəbul edib
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Müdafiə Nazirliyinə hərbçiləri Krımdan çıxarmağa dair göstəriş verib. APA TV-nin məlumatına görə, Ali Radanın spikeri Aleksandr Turçinov Şurada çıxışı zamanı bildirib ki, Ukrayna hərbçiləri Krımda öz peşə borclarını yerinə yetiriblər. Onun sözlərinə görə, hazırda Krımda Ukrayna hərbi hissələrinə hücumlar davam edir, hərbçilərin ailələrinə qarşı təxribatlar törədilir. Bu səbəbdən Şura Müdafiə Nazirliyinə Krımdakı hərbi bazalarının köçürülməsinə dair göstəriş verib. Xatırladaq ki, hazırda Qara dənizdə iki Ukrayna gəmisi Rusiya donanmasının gəmilərinə müqavimət göstərməkdədir. “Çerkassı” və “Konstantin Olşanski” gəmiləri rusların tələblərinə məhəl qoymayaraq təslim olmayacaqlarını bildiriblər. Rusiya hərbçiləri gəmiləri hücumla ələ keçirməyə cəhd etsələr də, Ukrayna dəniz piyadaları gəmilərin ətrafına partlayıcı paketlər atıblar. Bu səbəbdən gəmilərə desant çıxarılması planı baş tutmayıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək