Bakıda narkoman kişi küçənin ortasında öldü
Ötən gecə Bakının Binəqədi rayonunda kimsəsiz ərazidən kişi meyiti tapılıb. APA TV-nin məlumatına görə, təxminən 30-35 yaşlı kişinin meyiti yol kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, şəxsiyyəti hələ dəqiqləşdirilməyən kişinin narkotikdən dozadan artıq istifadə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur. O, narkotikdən başqa yerdə istifadə edib, yolla gedərkən isə ölüb. Çünki meyitin aşkarlandığı yerdən narkotikdən istifadəni təsdiqləyən heç bir dəlil tapılmayıb.
Binəqədi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına aparılıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək