Alyaskanın Rusiyaya birləşdirilməsi petisiya 30 min dəstək səsi qazanıb
Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı Ağ Evin saytına altı gün öncə yerləşdirilmiş petisiya artıq 30 min dəstək səsi qazanıb.
APA TV-nin xəbərinə görə, ABŞ hakimiyyətinin petisiyaya rəsmi cavab verməsi üçün aprelin 20-ə kimi 100 minə qədər dəstək səsi qazanmalıdır. Martın 21-də dərc olunmuş petisiyada deyilir: "Alyaskanın ABŞ-dan ayrılaraq, Rusiyaya birləşdirilməsinə səs verin".
Müraciətdə qeyd edilir ki, Sibir sakinləri hələ qədim zamanlarda Berinq boğazından keçərək, Alyaskaya qədər gediblər.
Ruslar 21 avqust 1732-ci il tarixdə Alyaskaya girən ilk avropalılar olublar. Rusiya 30 mart 1867-ci ildə Vaşinqtonda 7,2 milyon dollar qızıl pula Alyaskanı Amerikaya satıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək