Ermənilər Azərbaycanın hərbçisini və mülki vətəndaşını yaraladılar
Erməni silahlı qüvvələri martın 27-də saat 22.30 radələrindən başlayaraq, Tovuz rayonun Əlibəyli kəndini iri çaplı silahlarla intensiv atəşə tutub. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-TV nin qərb bürosuna verdiyi məlumata görə, ermənilər trəfindən açılan atəş nəticəsində Əlibəyli kənd sakini Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o, evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək Etibar Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir. Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək