Bakıda yeni yeraltı piyada keçidi tikilir
Bakıda nəqliyyatın sıx hərəkət etdiyi "Gənclik" metrostansiyanının yaxınlığında yeni yeraltı piyada keçidi tikilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, Fətəli xan Xoyski küçəsində tikiləcək keçidin uzunluğu 120 metr olacaq. İki giriş-çıxış hissədən ibarət olacaq yeni piyada keçidinin eninin 6 metr, hündürlüyünün isə 3 metr olması nəzərdə tutulur. Pünhan Mürsəliyev bildirib ki, hazırda ərazi hasara alınıb. Uzun müddət ərazidə geoloji-kəşfiyyat işləri aparılıb. Bu işlərin nəticəsində yeraltı piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları köçürülüb. Yeni yeraltı keçidin tikintisinə isə mart ayının son günlərində başlanılacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək