Ağdamda güclü dolu yağdı
Dünən Qarabağ bölgəsində hava şəraiti kəskin dəyişib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdamın cəbhəyanı yaşayış məntəqələrində, həmçinin Qarqar və Xaçın çayları boyunca yerləşən kəndlərdə güclü dolu yağıb.
Ağdamın Əhmədağalı və Çıraqlı kəndlərinin sakinlərinin sözlərinə görə, təqribən 5 dəqiqə müddətində düşən dolu əkin sahələrinə zərər vurub. Gecə saatlarında isə bölgəyə güclü yağış yağıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək