Saxta sənədlərlə avtomobil satan dəstənin üzvləri yaxalandı
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta sənədlər düzəltməklə avtomobil satışı ilə məşğul olan şəxsləri yaxalayıblar. APA TV-nin xəbərinə görə, ilkin araşdırma zamanı onların "Renault" və "Mercedes" markalı maşınları satdıqları müəyyən olunub.
Saxlanılan Quliyev Fəxri nömrələri bilmədən dəyişdirdiyini deyib.
Rayon Polis İdarəsindən bildiriblər ki, bu şəxslərin digər cinayətlərdə iştrakı istisna olunmur.
Dəstə üzvləri 6 nəfərdən ibarət olub. Onlardan 5-i həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək