Milli Şuranın üzvlərinin çoxu qurumun sessiyasına gəlmədi
Milli Şuranın növbəti sessiyası keçirilib. APA TV-nin məlumatına görə, KXCP-nin qərargahında keçirilən sessiyaya qurum üzvlərinin böyük əksəriyyəti qatılmayıb. Sessiyada Milli Şuranın 88 üzvündən 38 nəfər iştirak edib. Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, hazırda qurum üzvlərinin bir hissəsi xaricdədir, digərləri isə səhhətlərində yaranmış problemlərlə bağlı sessiyaya qatılmayıb. Yetərsay olduğundan sessiya başlayıb. Çıxış edənlər Ukraynada baş verən hadisələr, Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri və Azərbaycanda dekabrda baş tutuacaq bələdiyyə seckiləri haqqında fikirlərini bölüşüblər.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək