Ermənilər Tovuzda daha bir mülki şəxsi yaralayıblar
Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tovuz sakini yaralanıb. APA TV-nin məlumatına görə, martın 28-dən 29-a keçən gecə ermənilərin açdığı atəş nəticəsində Tovuz rayonunun Əlibəyli kənd sakini Əliyev Rəşad Səfər oğlu qolundan yaralanıb. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşıdır.
Xatırladaq ki, martın 27-də də ermənilər Tovuzun Əlibəyli kəndini gülləbaran ediblər. Kənd iri iri çaplı silahlardan atəşə tutulub. Atışma nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elman Tağıyev sağ ayağının bud nahiyəsindən yaralanaraq, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək