Diaspor rəhbərinin atasının meyiti tapıldı
Krım tatarları məclisinin sədri Refat Çubarovun atası Abdurahman Çubarovun meyiti yaşadığı evdən tapılıb. 84 yaşlı Abdurahman Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Pri-volnaya kəndində yaşayıb. Bu kənd Simferopoldan 130 kilometr məsafədə yerləşir.
APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırır.
Onun dəfninin martın 31-də Kiyev vaxtı ilə saat 14:00-da Pri-volnaya kəndində keçiriləcəyi, dəfn mərasimində Rusiyadan bəzi rəsmilərin iştirakının da gözlənildiyi bildirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək