Gəncədə 22 yaşlı qızı maşın vurdu
Gəncədə yolu keçmək istəyən 22 yaşlı qız avtomobil tərəfindən vurulub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Səriyyə Qurbanova yolu keçmək istəyərkən, Daşkəsən rayonunu Xoşbulaq kənd sakini, 35 yaşlı Sakit Hüseynovun idarə etdiyi “Ford Tranzit" markalı avtomobillə vurulub. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək