Azərbaycanda Aİ-98 markalı benzin ucuzlaşıb
Azərbaycanın bəzi yanacaqdoldurma məntəqələrində Aİ-98 markalı benzinin qiyməti ucuzlaşıb. Azərbaycan Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, sözügedən markanın qiyməti 1,5 manatdan 1,03 manata qədər azalıb. Digər benzin markalarının qiymətlərində dəyişiklik yoxdur.
Azərbaycanda Aİ-98 markalı benzinin satışını yalnız ARDNŞ və “Azpetrol” şirkəti həyata keçirir. ARDNŞ-dən qiymət dəyişikliyini təsdiq etsələr də, “Azpetrol”dan bu xəbərin həqiqətəuyğun olmadığını bildiriblər.
Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmadığından, xaricdən idxal edilir. Belə olduğu halda, bu benzin markası üzrə qiyməti Tarif Şurası müəyyən etmir.
APA TV-nin xəbərinə görə, hazırda ölkə ərazisində Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək