Oğurluq üstündə tutulan qadın: "Şeytana uyduq"
Abşeron polisi oğurluq etməkdə təqsirli bilinən iki qadını yaxalayıb. Qohum olan qadınlar Xırdalanda bir necə dükandan qadın aksesuarları oğurlamaqda təqsirli bilinirlər. Biri satıcının başını qatıb, digəri fəaliyyətə keçib. APA TV-nin xəbərinə görə, yaxalananlar
Solmaz Məmmədova və Tamella Məmmədovadır.
Oğurlanan malların bir qismi Tamella Məmmədovanın evindən çıxıb. İstintaqla müəyyənlib ki, Solmaz Məmmədova bu günlərdə Ağcəbədidən onlara qonaq gəlib. Törətdiyi əmələ gəlincə, bu yola düşməsində şeytanı günahlandırıb.
Oğurlanan malların bir qismi müsadirə olunub. Faktla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək