Azərbaycanda yük qatarı yanıb
Azərbaycanda dəmir yolunda yanğın olub. Nəticədə dörd vaqon, yüzdən çox soyuducu yanıb. Hadisə Bakı-Qazax yolunda, Hacıqabul rayonu və Ələt qəsəbəsi arasında dəmir yolunda baş verib. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın səhər saat 5 radələrində soyuducularla yüklənmiş vaqonlarda yaranıb. Hadisə yerinə gələn yanğınsöndürənlər saat 9 radələrində alovun qarşısını alıblar. 4 vaqonun, yüzdən çox soyuducunun yandığı bildirilir.
Yanmış vaqonlar ərazidən aparılıb. Dəmir yolu xəttində müvəqqəti olaraq, qatarların hərəkəti dayandırılıb. Hazırda yolun bərpası aparılır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov APA TV-yə bildirib ki, hadisə Qaradağ rayonu, Atbulaq-Ələt mənzilində Gürcüstandan Qırğızıstana gedən yük qatarında baş verib: “Hadisənin baş verməsinə güclü külək səbəb olub. Belə ki, külək vaqonların dam örtüyünü atıb. Bu zaman isə elektrik naqilləri ilə kontaktdan yanğın baş verib. Heyət dörd vaqondan ibarətdir və Gürcüstana məxsusdur. Hazırda araşdırma aparılır. Gürcüstan tərəfi hadisə yerinə gəlib vaqonlara baxış keçirəcək. Yanğın söndürülüb, yol açıqdır. Xəsarət alan yoxdur”.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək