Bakıda iki qardaş bıçaqlanıb
Bülbülə qəsəbəsində 2 qardaş bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Bülbülə qəsəbə sakinləri 1988-ci il təvəllüdlü Alqayıt Haqverdi oğlu Məmmədov və qardaşı 27 yaşlı Şahin naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Hər iki qardaş ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Zərərçəkənlər hadisənin başvermə səbəbini deməyiblər. Suraxanı rayon RPİ 31-ci polis bölməsindən hadisəni törədənlərin kimliyinin araşdırıldığı bildirilib..
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək