“Lotu Quli”nin vəkili həbsxanaya mobil telefon keçirməyə cəhd edib
Azərbaycanda vəkilin “Lotu Quli”yə qadağan olunmuş əşya ötürməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Səlifovla görüşə gəlmiş vəkili Kamandar Nəsibovun üzərinə baxış keçirilən zaman üzərində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
APA TV-nin xəbərinə görə, Nadir Səlifov “Loti Quli” adı ilə tanınan kriminal avtoritetdir. Nadir Səlifov 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək