Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatı davam edir. 70 kiloqramda yarışan Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev 1/8 finalda belaruslu Anton Afanasyevi, 1/4 finalda macarıstanlı İstvan Qulyası, yarımfinalda Türkiyə güləşçisi Yakup Görəni üstələyərək finala vəsiqə qazanıb.
İdmançımızın final görüşü daha prinsipial əhəmiyyət daşıyıb. Ruslan həlledici görüşdə erməni güləşçi Qriqor Qriqoryanla görüşüb. İlk 50 saniyədə artıq həmyerlimiz erməni güləşçini 8:0 hesabı ilə məğlub edib. 1 dəqiqə 43 saniyə davam edən görüşdə Ruslan erməni güləşçini 12:2 hesabı ilə məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.
Xatırladaq ki, Azərbaycan yığması Avropa birincilyində bundan əvvəl 5 medal əldə edib. Mariya Stadnik və Hacı Əliyev qızıl, İrina Netreba , Xetaq Qazyumov və Cəbrayıl Həsənov gümüş medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək