Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır
Bakının əsas yollarından biri təmirə bağlanır. Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər olan 3,4 kilometrlik yol hissə-hissə bağlanacaq. Bu barədə APA TV-yə Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bu, adı çəkilən yerlərdə yolun asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar həyata keçiriləcək. Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı olaraq aprelin 6-dan 7-ə keçən gecə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək yerdə tunelin çıxışına qədər olan hissə mərhələli şəkildə məhdudlaşdırılacaq. Təmir işləri təxminən 5-6 gün çəkəcək. Yolun bu hissəsi hazır olduqdan sonra açılaraq istifadəyə veriləcək və yolun növbəti hissəsinin yenilənməsinə başlanılacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək