Sabahdan Azərbaycanda havalar soyuyacaq - PROQNOZ
Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Aprelin 6-da Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Rayonlarda havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxta, 2 dərəcə isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək