Güclü partlayış - ev sahibi ağır xəsarət aldı
Samux rayonu, Qarabağlılar kəndində 4 otaqlı evdə partlayış baş verib. Fövqaladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, ümumi sahəsi 108 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış olub. Hadisə zamanı evin 2 otağının tavanı çöküb, digər 1 otağın tavanı 7 kv.m sahədə yanıb. Hadisə zamanı ev sahibinin həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək