Silahlı azərbaycanlılar Moskvada polisi öldürdü
Moskva polisi cinayətkar dəstənin saxlanılması zamanı həyatını itirib. APA TV-nin məlumatına görə, 3 polis əməkdaşı Radujnaya küçəsində yerləşən mənzillərdən birində yaşayan şübhəli şəxslərin həbs edilməsi üçün əməliyyat təşkil edib. Bu zaman qarşı tərəf müqavimət göstərib və silaha əl atıblar. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin aldığı ölümcül yaradan hadisə yerindəcə dünyasını dəyişib.
Dəstə zərərsizləşdirilib. Daha sonra onların 3 azərbaycanlı kişi və bir Belarusdan olan qadın olduğu məlum olub. Saxlanılan zaman üstlərindən travmatik silah və "Sayqa" markalı karabin silahı götürülüb.
Onlar 2014-cü ilin fevralında Naxabino qəsəbəsində baş verən bıçaqla yaralama hadisəsində şübhəli bilinirlər.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək