Qarşıdakı günlərdə soyuq hava şəraiti davam edəcəkmi?
Əvvəlcədən xəbər verildiyi kimi aprelin 5-dən 6-na keçən gecədən başlayarq ölkə ərazisində hava şəraiti dəyişib. "Artıq biz paytaxtda güclü şimal-qərb küləyinin əsdiyini, eləcə də arabir yağıntılı hava şəraitini müşahidə edirik. Aprelin 6-da axşam saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi gözlənilir". Aprelin 7-də paytaxtda şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Ayın 8-dən isə temperaturun tədricən güclənəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, bölgələrimizdə də ayın 7-si və 8-də gündüz saatlarından hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 8-dən başlayaraq bölgələrdə tempertur bu günlə müqayisədə tədricən yüksələcək. Aprelin 7-si və 8-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək