Şok iddia: Yanukoviç rus hərbçilərə könüllü əsir düşüb
Ukraynanın Dövlət Mühafizə Xidmətinin rəisi Valeri Qeletey "İnter" televiziya kanalına müsahibəsində şik iddia ortaya atıb. O bildirib ki, Ukraynanın keçmiş prerzidenti Viktor Yanukoviç fevralın sonlarında rus hərbçilərinə təslim olub və onların nəzarəti altında ölkəni tərk edib. "Biz istintaq sirrinin təfərrüatlarını və detallarını çox aydın açıqlamadan da deyə bilərik ki, eks-prezident Yanukoviçin son hərəkətləri belə olub. O, rus hərbçilərə könüllü əsir düşüb və hərbçilərin nəzarəti altında Rusiya Federasiyasının ərazisinə aparılıb. Təxminlərimizə görə, Rostov Don şəhərinə gedib, hansı ki, orda o, bir neçə dəfə mətbuat konfransı keçirib" deyə Qeletey bildirib. Xidmət rəisi əlavə edib ki, Yanukoviçin dövlətin mühafizəsindən imtina etməsindən sonra onu qoruyan əməkdaşlar istefa ərizələrini yazıblar.
Xatırladaq ki, Ukrayna Prokurorluğu Yanukoviç haqqında 5 cinayət işi üzrə istintaqı davam etdirir. Fərari prezident əhalinin kütləvi qətlində, dövlət malını mənimsəmədə, hakimiyyəti qeyri-konstitutsion yolla ələ keçirmədə, konstitutsiyanın pozulmasına yönəlik hərəkətlərdə ittiham olunur. Onun barəsində axtarış elan olunub.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək