Ərdoğan Azərbaycanda nurçu məsələsinin müzakirə edildiyini açıqlayıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı “paralel yapı” adlandırdığı Fətullah Gülən icması ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb. APA-nın xəbərinə görə, baş nazir bunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında çıxışında bildirib. O, “qardaş ölkə Azərbaycana səfərimiz zamanı paralel yapı məsələsini müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olacaq”, - deyib.
Ərdoğan Fətullah Gülənin din adamı deyil, qanunsuz örgüt (təşkilat) lideri və holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini vurğulayıb, bu icmanı xəyanət şəbəkəsi adlandırıb. O, sıravi nurçuları bu şəbəkədən uzaqlaşmağa çağırıb.
Xatırladaq ki, APA Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etdiyi barədə məlumat yaymışdı.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək