Yağışlı və küləkli hava davam edəcək
Yaxın iki gündə Bakıda və Abşeron yarmadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil eədəcək. Cənub küləyi əsəcək. Ayın 12-də şimal-cənub küləyi şimal küləyi ilə əvəzlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosununun qrup rəhbəri Fərqanə Həsənova APA TV-yə deyib ki, ayın 12-də şimal küləyinin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarmadasında temperautlar gecə 4- 8 dərəcə isti gündüz 12 -17 dərəcə isti təşkil edəcək.
Bölgələrdə isə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək: "Havanın temperaturu gecə 8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda 1-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək".
Yaxın iki gündə şimal küləyinin cənub küləyi ilə əvəzlənməsi metohəssas insanlarda diskomfort hissi yaradacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək