Təmas xəttini keçən erməni ölkəsinə təhvil veriləcək
Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşının ölkəsinə təhvil verilməsi gözlənilir. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA -ya verdiyi məlumata görə, hazırda komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Qazax rayonundadırlar və qarşı tərəflə danışıqlar aparılır. Danışıqlardan sonra Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviçin ölkəsinə təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı