Təmas xəttini keçən erməni ölkəsinə qaytarıldı
Bir ay əvvəl qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynovanın APA-ya verdiyi məlumata görə, Ermənistanın Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç ölkəsinə təhvil verilib.
Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı