Gəncədə 2 gənci maşın vurdu: 1 ölü, 1 yaralı
Gəncədə yolu keçmək istəyən iki şəhər sakinini avtomobil vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Vaqif oğlu Rüstəmovla, həmyaşıdı Mehdi Nuru oğlu Cəfərov yolu keçmək istəyərkən, şəhər sakini Feyruz Abbas oğlu Əsgərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil tərəfindən vurulub. 29 yaşlı E. Rüstəmov hadisə yerində dünyasını dəyişib, M.Cəfərov isə ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı