Bank Of Baku

DİN teleaparıcı İlham Mirzəyevin tutuldğunu təsdiqlədi - YENİLƏNİB

# 15:29
11 aprel 2014

Daxili İşlər Nazirliyi tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, İlham Mirzəyev bu gün polis orqanları tərəfindən tutulub.
Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
APA-nın əldə etdiyi məlumata görə, İlham Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.
Bir müddət öncə, vəkil Cavanşir Süleymanov aparıcının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib.
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR