Türkiyədə hərbi hissədə partlayış olub
Türkiyənin Çanaqqala vilayətinin Gelibolu qəsəbəsindəki hərbi hissədə sursat partlayıb. Partlayış gecə saatlarında atəş təlimi keçirilərkən baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində aralarında zabitlər də olmaqla 17 hərbçi yaralanıb. Yaralılardan 4-ü dövlət xəstəxanasına, 13-ü isə hospitala aparılıb.
Çanaqqalanın valisi Əhməd Çinar bildirib ki, partlayan tank mərmisi olub. Mərminin bir hissəsi hadisə yerindən 300 metr aralıya düşüb. Vali deyib ki, hərbçiləri mərminin hissələri yaralamayıb və onların əksəriyyətinə partlayış səsi təsir edib. Əhməd Çinar xəstəxanalardakı hərbçlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı