Tərtərdə maskalı şəxslər ev qarət etdilər
Tərtərdə bıçaqlanma hadisəsi baş verib. Tərtər rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini Rüxsarə Həsənovanın evinə basqın edib. Onlar ev sahibinin oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul və 1800 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir .
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı