Gəncədə evlərin zirzəmisini su basıb
Gəncədə sel suları yaşayış evlərinin zirzəmisinə dolub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, leysan xarakterli yağış suları Gəncənin bir neçə hissəsində yaşayış evlərinin zirzəmisində toplanıb. Şəhərin Şəddadilər, Dadaş Bünyadzadə, Şah İsmayıl prospektindəki evlərə sel suları ziyan vurub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi texnikanın köməyi ilə leysan sularını mənzillərdən təmizləyiblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və bir sıra aidiyyəti orqanların rəhbərləri su dolan evlərə baş çəkiblər. Onlar vəziyyətlə yerindəcə tanış olaraq yaranan problemlərin aradan qaldırılması istiqamətində göstəriş veriblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı