Bank Of Baku

Azərbaycan prezidenti Çex Respublikasına gedib

# 13:11
24 aprel 2014

Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfər edib.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda fəxri qarovul dəstəsi düzülüb. Daha sonra prezident İlham Əliyev Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR