"Dağıstan əmirliy"nin azərbaycanlı rəhbərinin arvadı öldürüldü
Dağıstanda xüsusi əməliyyat zamanı "Auxov bandası" adlı qanunsuz silahlı dəstənin 4 üzvü öldürülüb. APA TV-nin xəbərinə görə, əməliyyat Xasavyurt şəhərinin Sloboda qəsəbəsində həyata keçirilib. Fərdi evi mühasirəyə alan xüsusi təyinatlılar silahlıları təslim olmağa çağırıb. Yaraqlılar iki uşağı gizləndiyi evdən kənarlaşdırdıqdan sonra təslim olmayacaqlarını bəyan ediblər.
Bundan sonra tərəflər arasında atışma baş verib. Əməliyyat zamanı xüsusi təyinatlılara sərt müqavimət göstərən 2 kişi və 2 qadın öldürülüb. Məlumata görə, öldürülən qadınlardan biri terror aktları törətməkdə şübhəli bilinərək federal axtarışda olub və əməliyyat zamanı özünü partlatmağa çalışıb.
Öldürülən qadınlardan birinin kimliyi bəlli olub. Ruzanna İbrahimova adlı bu qadın ötən ay xüsusi əməliyyat zamanı öldürülmüş Dağıstanın şimal sektorunun "əmiri" azərbaycanlı Tural Atayevin həyat yoldaşıdır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı