Gəncədə ev yanıb
Gəncədə yaşayış evində yanğın olub. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi səhər saatlarında şəhərin Firdovsi küçəsi ev 22 ünvanında baş verib. 1967-ci il təvəllüdlü Sizar Qasımova məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün 60 kvadratmetr yanar konstruksiyaları, aynabəndin yanar konstruksiyaları, 45 kvadrtametr sahədə ev əşyaları, 2 otağın giriş qapıları və 2 ədəd pəncərə çərçivəsi yanıb. Yadisə yerinə 4 yanğınsöndürmə avtomobili cəlb edilib və evin qalan hissəsi yanğından mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı