Lənkəranda qəza: 2 yaralı
Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 25 yaşlı Mustafa Elşad oğlu Əliyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və şəhər sakini, 35 yaşlı Nizami Rafiq oğlu Sadıqovun idarə etdiyi “Opel” markalı minik maşını ilə toqquşub.
Güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib, sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı