Pirquluda “VAZ- 2107” dərəyə aşdı
Şamaxıda 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA TV – nın yerli bürosunun məlumatına görə, hadisə Şamaxı – Pirqulu yolunun 2 – ci kilometrliyində qeydə alınıb. Şamaxı rayon sakini Əvəz Quliyevin idarə etdiyi “VAZ- 2107” markalı minik maşını yoldan çıxıb və dərəyə yuvarlanıb. Nəticədə sürücü və onun sərnişini Şaiq Quliyev müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət olub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı