Bank Of Baku

Sabirabadda 10 aylıq körpə yanğında öldü

# 19:15
28 aprel 2014

Sabirabad rayonu, Axısxa kəndində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin 70 kv.metri yanıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə çıxan Sabirabad Yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili yanğını lokallaşdırıb. Evin əsas hissəsi və əşyaları yanıb.

 

Yanğın zamanı ev sahibinin qardaşı oğlu, 10 aylıq körpə, 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR