Bank Of Baku

Yüksək sürətlə hərəkət edən "Mazda" "Nissan"a çırpıldı

# 10:30
29 aprel 2014

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. APA-TV-nıi xəbərinə görə,  "Mazda" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan"ı vurub.  Zərbə güclü olduğundan "Mazda"nın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə gələn  Təcili Tibbi Yardım yaralıya müdaxilə edib. Ərazidə xidmət göstərən  Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, sürücüləri isə polis şöbəsində aparıblar. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR