Bank Of Baku

İraqda parlament seçkilərində məntəqələrə çoxsaylı hücumlar olub, ölənlər var

# 09:24
1 may 2014
İraqda keçirilən parlament seçkiləri zamanı paytaxt Bağdad, eləcə də Səlahəddin, Kərkük, Mosul, Baquba, əl-Ənbarda yerləşən çoxsaylı seçki məntəqələrinə hücumlar təşkil edilib. APA TV-nin “Sumaria” agentliyinə istinadla verdiyi xəbərə görə, təkcə Baquba şəhərinin şimal-şərqindəki seçki məntəqələrindən biri yaxınlığında törədilən partlayışda 14 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

Əl-Ənbar əyalətində isə silahlılar seçki məntəqəsini minaatanlardan atəşə tutublar. Mosulun cənubunda özünü seçki məntəqəsində partlatmaq istəyən üç kamikadze öldürülüb.

İraq təhlükəsizlik qüvvələri sözügedən şəhərlərin əksəriyyətində fövqəladə vəziyyət elan edib.
 
 
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR