Bank Of Baku

Gəncədə "Jiquli" 11 yaşlı uşağı vurub öldürdü

# 10:28
1 may 2014

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polisi İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nərimanov prospektində baş verib.

 

1992-ci il təvəllüdlü Gəncə sakini Vüqar Göyüşovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil piyada, 2003-cu il təvəllüdlü Muradov Rəvan İlham oğlunu vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR