"Gəncə Qənnadı" ASC yandı
Gəncədə Qənnadı Fabrikində yanğın hadisəsi baş verib. Şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-yə verilən məlumata görə, yanğın Gəncə-Şəmkir Avtomobil yolunun birinci kilometrliyində yerləşən “Gəncə Qənnadı” ASC-nin inzibatı binasında olub. Yanğın 4 mərtəbəli binanın 3-cü mərtəbəsində bir neçə otağı yararsız hala salıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə Hissə və Bölmələrinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Tez bir zamanda alovun başqa mərtəbələrə yayılmasının qarşısı alınıb. Məlumata görə ümumi sahəsi 4800 kvadratmetr olan binanın 1200 kvadratmetr sahəsi olan 3-cü mərtəbəsində 178 kvadratmetr sahə yanaraq yarasız hala düşüb. Yanğının baş vermə səbəbi aparılan araşdırmadan sonra məlum olacaq.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı