Taekvondoçumuz Avropa çempionu oldu
Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatında iştrak edən həmyerlimiz Radik İsayev (87 kq) Fransa təmsilçisi N'Diaye M'Barla ilə qarşılaşıb. Radik İsayev böyük üstünlüklə qələbə qazanaraq, Avropa çempionu olub.
APA TV-nin xəbərinə görə, Radik İsayev bu görüşə qədər xorvatiyalı Nikolo Boyanı məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. İdmançımızın növbəti rəqibi Samuel Vestermark (İsveç) olub. İsayev bu görüşdə də qələbə qazanıb və yarımfinala çıxıb. Taekvondoçumuz yarımfinalda britaniyalı Lutalo Məhəmmədi məğlub etdikdən sonra finala yüksəlib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı