Bank Of Baku

Azərbaycanda xalq artisti vəfat edib

# 14:34
3 may 2014

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə vəfat edib.

 

Bəstəkar bu gün səhər yuxudan ayılmayıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə APA-ya deyib ki, Aqşin Əlizadənin vəfatı Azərbaycan incəsənətinə, bəstəkarlıq məktəbinə ağır itkidir. Firəngiz Əlizadə deyib ki, mərhumla vida mərasimi mayın 4-də saat 12:00-dan 15:00-a kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında olacaq. Mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.

 

APA TV-nin xəbərinə görə, Aqşin Əlizadə 1937-ci il, 22 may tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. Azərbaycanın “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR