"Mercedes" "Kamaz"a çırpıldı, hərbiçimiz yaralandı
Bakı-Şamaxı magistral yolunun 24-cü kilometrliyində ağır yol qəzası baş verib. Müşfiqabad qəsəbəsi yaxınlığında "Mercedes" markalı minik avtomobili "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan hərbiçilərdən biri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı yaralanan hərbiçi Cəfərli Sadiq İlqar oğludur. Şüşə kəsməsi nəticəsində yüngül bədən xəsarəti alan hərbiçi tibb müəssisənə aparılıb. İlkin yardım göstərildikdən sonra o, hərbi xidmət yerinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı