Moskvada OMON formalı şəxslər azərbaycanlının 3 milyon dollarını aldılar
Moskvanın Şeremetyevo aeroportunda Azərbaycan vətəndaşının 3 milyon ABŞ dolları oğurlanıb. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilib ki, dünən 8:50-də Dubay-Moskva reysi ilə gələn Abidinli soyadlı Azərbaycan vətəndaşına məxsus 3 milyon ABŞ dolları qarət olunub. Hadisənin təfərrüatları barədə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Azərbaycan vətəndaşı özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3 milyon dolları aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı